Həkim 4 min 650 km məsafədən əməliyyat keçirdi - VİDEO
Çinin Zhejiang əyalətinin Hançjou şəhərindəki xəstəxanada 5G-ni aktivləşdirən robotun köməyi ilə Sincan-Uyğur muxtar vilayətinin Aral şəhərində, təxminən 4 650 kilometr uzaqlıqda yerləşən bir xəstənin öd kisəsi uğurla çıxarılıb. Mediaxeberleri.Az xəbər verir ki, Zhejiang Universiteti Tibb Fakültəsinin xəstəxanasında əməliyyat keçirən təcrübəli cərrah Liang Xiao dörd qollu endoskopik olan robotun həm əsas proqram təminatının, həm də əsas aparatının olduğunu söyləyib. 30 yaşlarında olan xəstəyə bir ildən çox əvvəl heç bir aşkar simptomlar olmadan öd daşı xəstəliyi diaqnozu qoyulsa da, bir həftə əvvəl qarnının yuxarı sağ hissəsində ağrılar hiss etməyə başlayıb. "Özümü çox xoşbəxt hiss edirəm. Qürur duyuram ki, cərrahiyyə əməliyyatını müstəqil olaraq Çində tədqiq edilən və istehsal edilən robot sistemlə etdim", - Lianq deyib. Qeyd edək ki, robot çində hazırlanıb.