Kainatın sürətinə təsir edən detal - Qurandakı bu sözlər alimləri çaş-baş qoydu
Alimlər naməlum bir şeyin kainatın genişlənmə sürətini dəyişdirdiyini söyləyib. Onların sözlərinə görə, ya kainat və fizika qanunları səhv başa düşülüb, ya da ölçmələr qeyri-dəqiq ola bilər. Mediaxeberleri.Az xəbər verir ki, tədqiqatçılar hazırda Hubble Kosmik Teleskopu ilə birlikdə James Vebb Kosmik Teleskopunu istifadə edərək ölçmələrin düzgünlüyünə dair şübhələri aradan qaldırmağa çalışırlar. Tədqiqatçılar ölçmələrin dəqiq olduğunu və kainatın genişlənmə sürətinə təsir edən bir şeyin olduğunu düşünürlər. Yeni araşdırmada tədqiqatçılar "hər iki dünyanın ən yaxşısını" əldə etmək üçün Vebb və Hubble müşahidələrini birləşdiriblər. Onlar qeyd edirlər ki, bu ölçmələr daha uzaqda etibarlı olaraq qalır. Bu sahədə aparılan bir çox araşdırmalar nəticəsində kainatın mənfi 0,5 saniyədə 67,5 kilometr sürətlə genişləndiyi qənaətinə gəlinib. Bəs Quranda bu kainatın genişlənməsi ilə bağlı hansı təfərrüatlar var? Quranda “Zariyat” surəsinin 47-ci ayəsində kainatın genişlənməsi ilə bağlı belə qeyd edilir: “Biz səmanı öz qüdrətimizlə yaratdıq və şübhəsiz ki, Biz (hər şeyə) qadirik”. Bu baxış müasir astrofizikada gündəmdə olan, kainatın daim genişləndiyi və genişlənmə sürətinin yalnız Allahın əlində olduğu fikrini dəstəkləyir.