"TikTok" qalmaqalı böyüyür - Baş direktordan şok çağırış
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin jurnalistlərə bildirib ki, Nümayəndələr Palatasının qərarı beynəlxalq ticarət qaydalarına və ədalətli rəqabət prinsipinə ziddir. Amerika Konqresinin üzvləri "TikTok"-un istifadəçi məlumatlarını Çin Kommunist Partiyası ilə paylaşması səbəbi ilə ABŞ-ın təhlükəsizliyinə təhdid yaratdığı qənaətindədir. Mediaxeberleri.Az xəbər verir ki, "TikTok" Çin Kommunist Partiyası ilə məlumat paylaşdığına dair iddiaları rədd edir. Həm Demokratlar, həm də Respublikaçılar tərəfindən dəstəklənən qanun layihəsi "TikTok"-un sahibi olan Çinin "ByteDance" şirkətini bu ilin sentyabrına qədər proqramı satmağa məcbur edir. Əks halda, tətbiq ABŞ-da mövcud olmayacaq. Qanun layihəsi Senat və prezident Co Bayden tərəfindən təsdiqlənməlidir. Bayden qanunun Konqres tərəfindən qəbul ediləcəyi təqdirdə onu təsdiqləyəcəyini açıqlayıb.
"TikTok" prezidenti Shou Zi Chev platformanı qorumaq üçün hər şeyi edəcəyini bildirib. Əlavə edib ki, bu layihə qanuni olarsa, kiçik müəssisələr milyardlarla dollar itirə və yüz minlərlə insan işsiz qala bilər.