Kosmosda həyat var? - Alimlərdən yeni kəşf
Alimlər Marsda kəşf edilən “gizli” nəhəng vulkanda həyat əlamətləri ola biləcəyini açıqlayıblar. Mediaxeberleri.Az xəbər verir ki, "Livescience" saytında yer alan xəbərə görə, ABŞ-ın Texas ştatında təşkil edilən 55-ci Ay və Planet Elmi Konfransında elm adamları Marsda nəhəng vulkan kəşf etdiklərini bildiriblər. Alimlər 50 ildən artıqdır ki, Marsda vulkanın olduğuna diqqət yetirilmədiyi üçün bu yerin gizli qaldığını bildiriblər. Alimlər vulkanın təqribən 450 kilometr enində, 9 min 22 metr hündürlüyündə olduğunu və onun Tharsis vulkanik bölgəsinin şərq hissəsində, Marsın ekvatoruna yaxın olduğunu deyiblər. Elm adamları vulkanın dibinin yaxınlığında buz təbəqəsinin qalıqlarını aşkar etdiklərini, bunun isə vulkanı kosmosda həyat əlamətlərinin axtarışı üçün vacib bir yerə çevirdiyini diqqətə çatdırıblar.