Rusiyada prezident seçkilərinin yeni nəticələri AÇIQLANDI - YENİLƏNİR
Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində bülletenlərin 95,8 %-nin hesablanmasının nəticələrinə əsasən səslərin 87,32 % ilə liderdir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc olunan xəbərdə deyilir. Siyahıda ikinci yerdə 4,28 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 3,85 faiz səslə “Yeni insanlar” Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Dördüncü yeri 3,15 % səslə RLDP-nin namizədi Leonid Slutski tutub. xxx 00:30 Mərkəzi Seçki Komissiyası protokolların 50 faizini işlədikdən sonra prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb . Bildirilib ki, hazırki prezident Vladimir Putin 87,34 faiz səslə liderdir. Nikolay Xaritonov 4,11 faiz səslə ikinci yerdədir. Üçüncü yerdə Vladislav Davankov (4,01 faiz), Leonid Slutski isə (3,11 faiz) siyahını bağlayır. Qeyd edək ki, Rusiyada seçkilər martın 15-dən 17-dək keçirilib.