Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin qalib gəlir - exit-poll
Rusiyanın hazırkı prezidenti Vladimir Putin prezident seçkilərində 87 faiz səslə qalib gəlir. Mediaxeberleri.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi "exit-poll"un nəticələrində qeyd olunub. Məlumata görə, ikinci yeri Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov (4,6%), üçüncü yeri "Yeni insanlar" partiyasından namizəd olan Vladislav Davankov (4,2%), dördüncü yeri "LDPR" partiyasının lideri Leonid Slutski (3%) tutur. Bülletenlərin daha 1,2 faizi etibarsız sayılacaq. Sorğu martın 15-dən 17-dək seçki məntəqələrində aparılıb.
Oxunub: 604
Xəbəri paylaş
Paylaş: