Cadugər olmadıqlarını sübut etmək üçün bu yola əl atdılar - 50 nəfər öldü
Anqolada 50 nəfər cadugərlik etmədiklərini sübut etmək üçün yanvar və fevral aylarında bitki mənşəli maye içərək dünyasını dəyişib. Mediaxeberleri.Az xəbər verir ki, bölgə rəsmilərindən biri olan Luzia Filemone Anqolanın mərkəzi bölgəsindəki Kamakupada 50 nəfərin zəhərlənərək öldüyünü açıqlayıb. Ölümlərdə ənənəvi şəfaçıları günahlandıran Filemone, "50-dən çox qurban bu sirli mayeni içməyə məcbur edildi və bu, ənənəvi təbiblərin fikrincə, insanın cadu ilə məşğul olub-olmadığını sübut edir" deyib. Qeyd edək ki, əhalisinin əksəriyyəti katolik xristianlardan ibarət olan keçmiş Portuqaliya koloniyası olan Anqolada bu gün də cadugərlik geniş yayılıb.
Oxunub: 594
Xəbəri paylaş
Paylaş: