İran ölkə tarixinin ən böyük kiberhücumunu dəf etdi
İranlı ekspertlər ölkə tarixində ən böyük haker hücumunu dəf etdiklərini bildiriblər. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə məlumatı İranın "Fars" xəbər agentliyi yayıb. Rəsmi məlumatda deyilir ki, fevralın 28-də parlamentin aşağı palatası və Ekspertlər Şurasına keçirilən seçkilər ərəfəsində irimiqyaslı DDoS hücumu baş verib. Kiberhücumun sürəti saniyədə 136 milyon sorğu olub, lakin İran hakimiyyəti bunun tamamilə dəf edildiyini iddia edir. Həmçinin qeyd edilir ki, ümumilikdə kibertəhlükəsizlik mütəxəssisləri 160-a yaxın DDoS hücumunu dəf edə biliblər ki, bunların hamısı seçkilərdən əvvəl qeydə alınıb.
Oxunub: 449
Xəbəri paylaş
Paylaş: