Ölümcül səhv: idman edənlər, diqqətli olun
Türkiyədə idmanla məşğul olanların üstünlük verdiyi protein tozları və enerji içkilərinin ciddi sağlamlıq problemlərinə səbəb olduğu gündəmə gətirilib. Mütəxəssislər resepti olmayan məhsullara diqqət çəkərək, əzələ üçün qəbul edilən maddələrin ölümcül nəticələrə səbəb ola biləcəyini bildiriblər. Mediaxeberleri.AZ xəbər verir ki, Daxili Xəstəliklər Mütəxəssisi Dr. Ayça Kaya zülal tozlarının əzələ kütləsini və gücünü sürətlə artırdığına dair real olmayan bir inancın olduğunu ifadə edib: "Həddindən artıq zülal qəbulu böyrəklərin iş yükünü artıra və böyrək funksiyalarını poza bilər. Həzm problemləri ilə yanaşı, osteoporoz və allergik reaksiyalara da səbəb ola bilər. Üstəlik, bu məhsullardan istifadə edərkən kifayət qədər su ilə dəstəklənməzsə, orqanizmdə su çatışmazlığına səbəb olacaq. Ona görə də protein tozu və enerji içkilərindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir". Kardiologiya Mütəxəssisi Prof. Dr. Mustafa Kamal Erol da təbii zülal qəbul etməyi məsləhət görüb. “Enerji içkilərinin tərkibində aritmiyanı tətikləyən maddələr var. Ona görə də heç vaxt enerji içkilərini tövsiyə etmirik. İdman edərkən təbii zülal qəbul etmək vacibdir. Reseptsiz məhsullar qəbul etdikdən sonra aritmiya və ürək döyüntüsü şikayəti ilə qəbulumuza xəstələr gəlir. Onlar məşq etməyi dayandırdıqda bir ay ərzində əvvəlki vəziyyətinə qayıdırlar. Mən dəbdəbəli paketlərdə satılan protein tozlarını qətiyyən tövsiyə etmirəm,- həkim bildirib.