Bakıda təhlükəli vəziyyət: Uçmaq üzrə olan eyvanla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Yasamal rayonunda təhlükə saçan eyvanla bağlı rəsmi açıqlama verilib. Yasamal Rayon İcra Hakimiyyətindən Mediaxeberleri.Az-a bildirilib ki, hazırda “Sovetski” kimi tanınan ərazidə uçmaq üzrə olan eyvanın sahibi ilə sığorta şirkəti arasında danışıqlar gedir: “Tərəflər bir sıra şərtləri razılaşdıran kimi problem öz həllini tapacaq”. 14:30 Yasamal rayonunda eyvan uçmaq üzrədir. Rayonun Əlövsət Quliyev küçəsi, “Sovetski” kimi tanınan ərazidə uçmaq üzrə olan eyvana nazik taxta bərkidərək, el dili ilə desək, belinə çöpdən dirək veriblər. Bu isə yoldan keçən şəxslərin həyatına ciddi təhlükə yaradır. PhotoStock.az bədbəxt hadisənin yaşanması an məsələsi olan ərazidən fotoları lendə alıb:
Oxunub: 885
Xəbəri paylaş
Paylaş: