İranda güclü zəlzələ oldu
İranın cənub-şərq bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, yeraltı təkanların episentri təxminən 13 min nəfər əhalisi olan Fanuc şəhərindən 50 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində olub. İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.
Oxunub: 293
Xəbəri paylaş
Paylaş: