Prezident seçkilərindən sonra - Bu ştat ABŞ-dan ayrılacaq?
Texasın “Dallas Morning News” qəzeti ştatın prezident seçkilərindən sonra ABŞ-dan ayrılmaq ehtimalının yüksək olduğunu yazıb. Publika.az xəbər verir ki, qəzet Texasda seçkili vəzifəyə namizədlərin çoxunun Texasın ABŞ-dan ayrılmasını müdafiə edənlər olduğuna diqqət çəkib. Bildirilib ki, “Texası geri qaytaraq” istəyinə imza atan namizədlərin sayı gözlənilməz dərəcədə çoxdur: “Bu isə seçilmiş vəzifəyə namizədin Texasın maraqlarını ABŞ-ın maraqlarından üstün tutacağına işarədir. Onlar ştatın ABŞ-dan ayrılması ilə bağlı referendum qanun layihəsini təşviq edə bilərlər”. Qeyd edək ki, ABŞ-da bir çox ştatın növbəti prezident seçkiləri üçün nümayəndələr təyin edəcəyi “Super çərşənbə axşamı”nın yaxınlaşması gündəmi olduqca məşğul edir. Daha öncə Bayden və Trampın Texas səfəri eyni günə təsadüf etmişdi. Bu, 2024-cü il prezident seçkilərinə aparan prosesdə “Demokratlar və Respublikaçılar arasında sərhəd təhlükəsizliyi ilə bağlı səs toplama yarışı” kimi şərh edilmişdi. Texasın “Dallas Morning News” qəzeti ştatın prezident seçkilərindən sonra ABŞ-dan ayrılmaq ehtimalının yüksək olduğunu yazıb. Mediaxeberleri.Az xəbər verir ki, qəzet Texasda seçkili vəzifəyə namizədlərin çoxunun Texasın ABŞ-dan ayrılmasını müdafiə edənlər olduğuna diqqət çəkib. Bildirilib ki, “Texası geri qaytaraq” istəyinə imza atan namizədlərin sayı gözlənilməz dərəcədə çoxdur: “Bu isə seçilmiş vəzifəyə namizədin Texasın maraqlarını ABŞ-ın maraqlarından üstün tutacağına işarədir. Onlar ştatın ABŞ-dan ayrılması ilə bağlı referendum qanun layihəsini təşviq edə bilərlər”. Qeyd edək ki, ABŞ-da bir çox ştatın növbəti prezident seçkiləri üçün nümayəndələr təyin edəcəyi “Super çərşənbə axşamı”nın yaxınlaşması gündəmi olduqca məşğul edir. Daha öncə Bayden və Trampın Texas səfəri eyni günə təsadüf etmişdi. Bu, 2024-cü il prezident seçkilərinə aparan prosesdə “Demokratlar və Respublikaçılar arasında sərhəd təhlükəsizliyi ilə bağlı səs toplama yarışı” kimi şərh edilmişdi.