Krıma kütləvi hava hücumu: 38 PUA məhv edildi
Bazar günü gecə Ukrayna Silahlı Qüvvələri təyyarə tipli pilotsuz uçuş aparatlarından istifadə edərək Krıma kütləvi hava hücumuna cəhd edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barəədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yarımada üzərində 38 PUA məhv edilib. Feodosiya sakinləri "Telegram"da yazıblar ki, gecə saatlarında şəhər üzərində beş güclü partlayış səsi eşidilib. Feodosiyadan şimalda Tavrida şossesinin 89 kilometrliyində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Krım körpüsü gecə saatlarında nəqliyyatın hərəkətinə bağlanıb. Hazırda körpüdə nəqliyyatın hərəkəti bərpa olunub.
Oxunub: 278
Xəbəri paylaş
Paylaş: