Güclü zəlzələ bu ölkəni yerindən oynatdı
Sakit okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadek arxipelaqının cənubunda 5,4 maqnitudada zəlzələ baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,3 min nəfərin yaşadığı Hiks Bay şəhərindən 675 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.
Oxunub: 300
Xəbəri paylaş
Paylaş: