Polşada ilk dəfə Xocalı qətliamı haqqında məlumat verilib - FOTO
Polşanın paytaxtı Varşavada Müqəddəs Evangelist Luka kilsəsində Xocalı qətliamının 32-ci ildönümü yad edilib. Oxu.Az xəbər verir ki, xristian dünyasında ilk dəfədir ki, kilsələrdə erməni terrorçuları tərəfindən törədilən Xocalı faciəsi bu cür yada salınıb. Mərasim Polşa Azərbaycanlıları Şurasının maarifləndirilməsi ilə gerçəkləşdirib. Kilsənin baş keşişi katoliklərin müqəddəs məkanına təşrif buyurmuş 200-dən çox polyaka Xocalı faciəsi barədə məlumat verib, qanlı hadisələrə görə çox kədərləndiyini açıqlayıb. Daha sonra Xocalı qətliamın qurbanları üçün dualar oxunub. Sonda Polşa Azərbaycanlıları Şurası sədri Fərid Cəfərli çıxış edərək kilsə rəhbərliyinə obyektivliyinə görə təşəkkürünü bildirib, bu cür addımların Polşa-Azərbaycan əlaqələrini yeni mərhələyə çıxaracağını bildirib. Mərasimdən sonra kilsənin önündə Xocalı faciəsinə həsr olunmuş plaklatlar sərgilənib, ətrafdakılara polyak və ingilis dilində hadisənin gerçəkləri barədə ətraflı məlumat təqdim olunub, kitabçalar paylanılıb.