Ukrayna cəbhəsində şiddətli döyüşlər gedir: Rusiya mindən çox hərbçi itirdi - VİDEO
Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, səhər saatlarından Kiyev də daxil olmaqla Ukraynanın mərkəzi və Şərq vilayətləri yenidən hava hücumuna məruz qalıb: “Poltava, Kiyev, Sumı, Çerniqov, Xarkov, o cümlədən Dnepropetrovsk vilayətləri ümumilikdə 23 dron hücumuna məruz qalıb. Onların hamısının Ukrayna Hava Hücumundan Müdafiə Sistemi tərəfindən məhv edildiyi bildirilir”. Qeyd edilib ki, Donetsk və Zaporojye vilayətlərində də gecə səhərə qədər gərgin döyüşlər gedib: “Ümumiyyətlə, Xerson, Donetsk və Zaporojye vilayətləri istiqamətində yaz aylarına doğru getdikcə hər gün döyüşlər daha da şiddətlənir. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığından bildirilib ki, son sutka yarım ərzində sözügedən ərazilərdə mindən çox Rusiya Ordusuna məxsus hərbçi öldürülüb”. Ətraflı süjetdə: