Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Həbsi gündəm olan Əflatun Məmmədov əslində kimdir? – DOSYE
  • Habil Vəliyevlə bağlı qərar verildi
  • 12 azərbaycanlı Rostovda dənizdə çarəsiz qaldı - Video
  • Bakıya intensiv yağış yağacaq
  • Təcili Yardıma yeni direktor təyin edildi - Foto
  • Bakıda konserti olacaqdı - Həbs cəzası verildi
  • Moskvaya son iki ilin ən böyük PUA hücumu: Ölən və yaralananlar var
  • Nübar qəsəbəsində sakinlərin yol dərdi: "Taksi, təcili yardım da gəlmir" - Foto
  • Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti vəfat etdi
  • Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar
  • Əflatun Məmmədov həbs edildi
  • Putin hədələdi, lakin Qərb artıq buna fikir vermir - FT
  • Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
  • Bu xərcin 70%-ni dövlət ödəyəcək - Nə dəyişəcək?
  • Türkiyədən Ukraynaya gözlənilməz hərbi dəstək: "Korkut" sistemləri göndərildi
  • Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü
  • UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı
  • Türkiyə tarixində ilk: Ardanın qiyməti rekorda qalxdı
  • Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü
  • Vətəndaş "Xəzər Lizinq" MMC-dən şikayətçidir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bakıda evli qadın bazarda alt paltarı satan kişiyə nömrəsini verdi, əri bıçaqladı - Yanımızdan "Mercedes" keçəndə bildim ki...

  • Tarix: 18-02-2024, 13:01

Bakının Nizami rayonunda 1987-ci il təvəllüdlü Vüqar qısqanclıq zəminində həyat yoldaşı Fəridəyə (adlar şərti verilib.) xəsarət yetirib.

Mediaxeberleri.Az bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Vüqar Fəridə ilə ona xəyanət etməsi barədə mübahisə edib. Bu zaman masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə Fəridənin bədəninin müxtəlif nahiyələrinə 5 zərbə vurub.

Qadın aldığı xəsarətlərlə xəstəxanaya aparılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

"Yazışmalarını məndən gizlədirdi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2009-cu ildə dayısı qızı Fəridə ilə evlənib: "Bizim birgə nikahdan Vüsal və Nigar adlı övladlarımız doğulub. Ailəmlə Nizami rayonunda kirayədə yaşamışıq. Mən fərdi qaydada ustalıq etmişəm. Arvadım isə evdar qadındı. Əvvəllər aramızda narazılıq olmayıb".

Təqsirləndirilən şəxs qeyd edib ki, karantin rejimi tətbiq ediləndən sonra təxminən dörd ay işsiz qalıb: "Mütəmadi olaraq evdə olduğumdan arvadımda dəyişikliklərin yarandığını hiss etdim. Fəridə daim telefonunda "Votsap" sosial şəbəkəsində olur, məni görən kimi telefonunu bloka salaraq bağlayırdı. Bu barədə soruşduqda, guya qadınlarla yazışdığını bildirirdi.

Fəridəyə əri olduğumu, onun qadınlarla yazışmasını bilməyimdə heç bir problemin olmadığını dedim. Ancaq o, yenə də yazışmalarını məndən gizlətməyə çalışdı".

"Xəyanət etdiyini düşünmədim"

Təqsirlənləndirilən şəxs deyib ki, növbətu vaxtlarda Fəridə gecələr ondan uzaq durmağa çalışıb: "Onun bu hərəkətləri məndə şübhələr yaratdı, ancaq xəyanət etdiyini düşünmədim.

Hadisədən təxminən 1 ay əvvəl Fəridə həyətdə olan qadınlarla oturduğu vaxt kənardan qara rəngli "Mersedes" markalı avtomobilin yüksək səsli musiqi ilə onların yanından keçdiyini gördüm. Avtomobili idarə edən şəxsin Fəridəyə görə gəldiyini düşündüm. Fəridəni kənara çağırdım, yanındakı qadınların hamısının yaşda böyük olduğunu və həmin avtomobilin ona görə gəlib keçdiyini dedim. Fəridə isə etiraz edərək belə halın olmadığını bildirdi".

"Təsadüf olduğunu düşündüm"

Vüqarın ifadəsinə görə, həyətə düşdükdə Fəridənin də həyətdə olduğu vaxtlarda həmin avtomobilin həyətin qarşısına gəldiyini görüb: "Bu səbəbdən aramızda mübahisələr yarandı. Dəfələrlə Fəridəyə mənimlə yaşamaq istəmirsə, çıxıb getməyi məsləhət bildim. O isə mənim yalandan qısqandığımı bildirdi.

Fəridə ilə birlikdə "Xalqlar Dostluğu" parkına gedən zaman həmin avtomobilin yenidən yanımızdan keçdiyini gördüm. Lakin bunun təsadüf olduğunu düşündüm. Ona görə də avtomobili idarə edən şəxsə heç nə demədim.

Həmçinin başa düşdüm ki, biz evdən çıxdıqdan sonra Fəridə həmin şəxsə zəng edərək hara getdiyimizi bildirib.

Biz parkda olanda qəflətən yenidən həmin avtomobilin parkın yanından keçdiyini, sonradan digər yolla yenə də parkın yanından geri qayıtdığını gördüm. Dərhal yola çıxıb həmin avtomobili saxlatdırmaq istədim. Amma sürücü maşını sürüb oradan uzaqlaşmışdı.

Fəridə yenə həmin şəxsin onun arxasınca gəlmədiyini dedi. Biz evə qayıtdıqdan sonra axşam həyətə düşdüm. Avtomobilin həyətə gəlməsini gözlədim. Amma həmin gün avtomobil yaşadığımız həyətə gəlmədi".

"And içdi"

Təqsirləndirilən şəxs deyib ki, növbəti gün həyətdə olduğu zaman üç-dörd nəfər ona yaxınlaşıb: "Biri özünü sürücü Əlinin dayısı kimi təqdim etdi, adının Totu olduğunu, bacısı oğlu Əlinin arvadım Fəridəyə görə bizim həyətə gəlmədiyini bildirdi. Sonra o, Əlini bizim yanımıza çağırdı.

Əli həyətə arvadım Fəridənin arxasınca gəlmədiyinə and içdi. Bütün bunlara baxmayaraq, Fəridə yenə də öz hərəkətlərini davam etdi.

Fəridənin internetə girə bilməməsi və məcbur qalıb telefonla danışması üçün evdə internetin kodunu dəyişdim. "Samsung" markalı planşetə səsyazma proqramı yazdım".

"Mənə "rədd ol" dedi"

Vüqar deyib ki, növbəti gün axşam vaxtı Fəridə ilə birlikdə həyətə düşən zaman qəflətən onun telefonuna zəng gəlib:

"Şalvarın arxa cibində olan telefon sürtünərək açıldığından oradan külək və topa kişi səsləri eşidildi. Fəridədən onların kim olduğunu soruşdum. O da guya "İnstagram" sosial şəbəkəsinin açıldığını bildirdi. Sonra Fəridə mənə məhəl qoymayaraq həyətə düşdü. Sonra yoxa çıxdı. Mən də Fəridəni axtarmağa başladım. Təxminən 1-2 saat axtarsam da, onu tapa bilmədim. Nəhayət, binanın arxa tərəfindən gəldiyini gördüm.

Ondan haradan gəldiyini soruşdum, "qızgilə getmişdim ki, borc alım, telefonuma kontor vurum, vayfayın kodunu dəyişmisən" dedi. Fəridədən hansı qızgilə getdiyini soruşsam da, əli ilə məni kənara itələyərək "rədd ol" dedi".

Vüqarın sözlərinə görə, hadisədən əvvəl təxminən saat 08.00-da işə gedib: "Evdən çıxmazdan əvvəl planşetdə olan proqramı işə saldım. Axşam evə qayıtdıqda planşetə baxdım və hələ də səsin yazıldığını gördüm. Sonra səsyazmanı qulaqcıq vasitəsi ilə dinləməyə başladım.

Səsyazmaya qulaq asdıqda evdən getdikdən sonra Fəridənin kiməsə zəng etdiyini anladım. O, bir kişi ilə danışığında ünvanıma nalayiq ifadələr işlədir, mənim vayfayın kodunu dəyişdiyimi söyləyir, onun nəsə deməsindən sonra öpməməyi bildirirdi.

Daha sonra isə vayfayın kodu dəyişdiyinə görə uşaqları evdə tək qoyaraq çıxa bilməyəcəyini deməsini, lakin sonradan həmin şəxslə görüşməyə razılaşmasını, uşaqlara acıqlanaraq evdə qalmalarını tapşırıb evdən getməsini dinlədim. Səs yazısında uşaqların evə başqa uşaqlar çağıraraq evdə olan quşla oynamalarını, bir qədər sonra Fəridənin evə rəfiqələri ilə birlikdə qayıtmasını, sonradan yenidən evdən getməsini, yenə qayıdaraq həmin şəxslə telefonla danışmasını, "sən rahatlaşdın, vayfayın kodu dəyişib, indi mən nə edim?" deməsini eşitdim. Həmin vaxt artıq pis vəziyyətə düşdüm. Hər dəfə Fəridənin həmin şəxsə zəng etdiyini başa düşdüm.

Növbəti gün axşam vaxtı uşaqlarla birlikdə yenə də həyətə düşdükdə, Fəridənin yenidən harasa getdiyini, 1-2 saatdan sonra evə qayıtdığını gördüm".

"Polisə təslim oldum"

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü, gecə vaxtı yerinə uzanan zaman Fəridə də gəlib və onun yanında uzanıb: "Həmin vaxt Fəridənin əynində yeni qadın alt paltarının olduğunu gördüm. Fəridəyə pul vermədiyim halda, onun əynində yeni qadın alt paltarının olduğunu gördükdə həmin şəxslə görüşdən gəldiyini başa düşdüm. Əsəbiləşdiyim üçün uzandığım yerdən durdum və divanda oturdum. Televizoru açıb baxmağa başladım, həmin vaxt qəflətən masanın üzərində mətbəx bıçağını gördüm və həmin bıçağı götürdüm. Fəridə çarpayıda sol yanı üstə uzanmışdı. Fəridə məni görən kimi qəfil başını qaldırdı. Mən onun səksəndiyini hiss etdim. Sonra Fəridəyə yaxınlaşaraq, ondan niyə mənə xəyanət etdiyini soruşdum. Fəridə isə mənə xəyanət etmədiyini dedi. Bu vaxt bıçaqla Fəridənin qarnından vurdum. Fəridə zərbənin təsirindən sol tərəfə çevrildi. Fəridənin qolundan tutaraq birdə vurdum. Bundan sonra o, ağrıdan qışqırmağa başladı. Mən isə uşaqların yuxudan oyanaraq onların analarını qanlı vəziyyətdə görməməsi üçün evdən çölə çıxardım. Həmin vaxt Fəridənin mətbəxə tərəf getdiyini gördüm. Onun özünü pəncərədən ata biləcəyini düşündüm və yataq otağına geri qayıtdım. Bundan sonra uşaqlarımla birlikdə polis şöbəsinə gedərək törətdiyim cinayət barədə məlumat verdim".

"Cinsi əlaqədə olmamışam"

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Fəridənin sözlərinə görə, 2019-cu ilin sentyabrında uşaqları ilə birlikdə bazarlıq etmək üçün 8-ci kilometr bazarına gedib: "Həmin vaxt "Lotos" ticarət mərkəzinin yaxınlığında polka üzərində qadın alt paltarlarının satışı ilə məşğul olan Əli adlı şəxslə tanış oldum. Bundan sonra biz mobil telefonla danışmağa başladıq. Həmin ərəfədə mənimlə Vüqar arasında olan münasibətlər soyudu. Vüqar evdə söz-söhbət yaradaraq mənimlə kobud danışdığından aramızda tez-tez mübahisələr oldu. Mən Əli ilə dost oldum və bizim aramızda ancaq dostluq münasibətləri mövcud oldu. Əli ilə hər gün telefonla danışsam da, onunla cinsi əlaqədə olmamışam. Mən Vüqara xəyanət etməmişəm".

"Mənə "sənə demədim mənə xəyanət etmə" dedi"

Zərərçəkmiş qeyd edib ki, onunla Vüqar arasında yenidən mübahisə yaranıb:

"Mübahisəyə səbəb isə Vüqarın evin internetini bağlaması olub. Həmin gün təxminən saat 17.00-da Vüqar evə gəldi. Evə gələn kimi övladımın planşetini götürərək nəyəsə qulaqlıqla qulaq asmağa başladı. Vüqarın özünü qəribə aparmasından başa düşdüm ki, mənim Əli ilə danışığımı planşetə yazıb. Təxminən saat 23.00-da çarpayıda uzanaraq yuxuya getdim. Həmin vaxt uşaqlar da öz yerlərində yatdılar. Vüqar özünü şübhəli apardığından onun mənə nəsə edəcəyini hiss etdim. Birdən Vüqar qəflətən məni yuxudan oyadaraq "sənə demədim mənə xəyanət etmə" dedi. Əlindəki bıçaqla qarnımdan vurdu. Ağrıdan qışqırmağa başladım və yatdığım yerdən ayağa qalxdım. Lakin Vüqar məni itələyərək çarpayıya yıxdı. Qışqırsam da, uşaqlar möhkəm yatmışdılar. Sonra Vüqar yenidən 2-3 dəfə kürək nahiyəmdən vurdu. Vüqar məni bıçaqladıqdan sonra uşaqları yuxudan oyadaraq mətbəxə doğru apardı. Sonra uşaqları da götürərək mənzildən getdi".

Zərərçəkmiş deyib ki, sonra həyətə düşüb və orada olan tanımadığı şəxslərdən təcili tibbi yardım çağırmalarını xahiş edib: "Bundan sonra təcili tibbi yardım maşını həyətə gələrək məni xəstəxanaya apardılar. Vüqar xəyanətə görə məni bıçaqladığını bildirsə də, bu yalandır. Vüqara xəyanət etməmişəm".

"Dostumun "qızı" kimi təqdim etdim"

İş üzrə şahid qismində ifadə verən Əlinin sözlərinə görə, anası ilə birlikdə 8-ci kilometr bazarında kişi alt paltarlarının satışı ilə məşğul olub: "2019-cu ilin təxminən sentyabrında bazarda Fəridə ilə tanış oldum və ondan mobil nömrəsini aldım. Bundan sonra biz telefonla danışmağa başladıq. Mən Fəridə ilə telefonla danışan ərəfədə mənə atasının rayondan pul göndərdiyini, bu səbəbdən də bank kartının lazım olduğunu dedi. Mən də Fəridəyə anamın pensiya kartının olduğunu bildirdim. Bu səbəbdən də anam dayımgildə olduğu vaxt Fəridəni onlara apardım. Fəridəni dostumun "qızı" kimi təqdim etdim və anama məsələni başa saldıqdan sonra anam öz kartını verdi. Bir neçə dəfə Fəridənin adına göndərilən pulu aldım. Bundan sonra bir neçə dəfə Fəridə ilə dayımın yaşadığı evdə görüşdük. Lakin cinsi əlaqədə olmadıq".

"Mənə əl etdi"

Şahid qeyd edib ki, idarə etdiyi "Mersedes C 230" markalı avtomobillə Fəridənin yaşadığı evin həyətinə gedib: "Orada həm Fəridəni görmüşəm, həm də tanışım Vaqiflə görüşürdüm. Hadisədən təxminən 15 gün əvvəl Fəridənin yaşadığı evin həyətinə getdim. Orada dostumla görüşdüm. Dostumla birlikdə "Xalqlar Dostluğu" parkına maşınla gəzməyə getdik. Biz parka tərəf gedərkən Fəridənin bir nəfər şəxslə gəldiyini gördüm. Həmin vaxt Fəridənin yanında olan şəxsin onun qardaşı və ya qohumu olduğunu düşündüm. Fəridə mənə evli olduğunu deməmişdi. İdarə etdiyim maşının təkərlərinin protektoru yeyildiyindən maşını yerindən tərpədən zaman "prokrutka" alınmışdı. Bundan sonra parka gedərək maşınla parkın başına dolanmağa başladıq. Biz təxminən 2-3 dairə edəndən sonra Fəridənin yanında olan şəxs özünü maşının qarşısına ataraq mənə əl etdi. Lakin maşını saxlamadan oradan getdim".

"Ərindən ayrılmaq istədiyini bildirdi"

Şahid deyib ki, həmin gün axşam maşınla Fəridənin yaşadığı evin həyətinə gedən zaman onun yanında olan şəxsin həyətdəki "besetka"da oturduğunu görüb: "Orada olan Totu adlı tanışıma "besetka"da oturan şəxsin bir az əvvəl özünü idarə etdiyim maşının altına atdığını dedim və həyətdə insanların çox olması səbəbindən Totudan həmin şəxsi kənara çağırmasını xahiş etdim. Bundan sonra Totu, dayım və digər dostum Vüqarla kənarda görüşdülər. Həmin vaxt Vüqar ailəsinin arxasınca gəlib-getməkdə məndən şübhələndiyini bildirdi. Bu vaxt Vüqarın Fəridənin əri olduğunu başa düşdüm. Ona görə də yalandan Vüqara ailəsini tanımadığımı, təsadüfən həmin həyətə gəldiyimi bildirdim. Bundan sonra aramızda heç bir söhbət olmadı. Sonradan Fəridəyə bir neçə dəfə ayrılmağı təklif etsəm də, Fəridə ərindən iyrəndiyini, eləcə də ərindən ayrılmaq istədiyini bildirdi. Məndən əl çəkmədi. Hətta anam da Fəridəyə zəng edərək məndən ayrılmasını dedi. Lakin Fəridə anama məni istədiyini söylədi".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 3 il müddətinə azadlıqdan məhrum edilib.


Oxunub: 937
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 13:23 | Həbsi gündəm olan Əflatun Məmmədov əslində kimdir? – DOSYE
    Bu gün, 13:21 | Habil Vəliyevlə bağlı qərar verildi
    Bu gün, 13:19 | 12 azərbaycanlı Rostovda dənizdə çarəsiz qaldı - Video
    Bu gün, 13:18 | Bakıya intensiv yağış yağacaq
    Bu gün, 13:16 | Təcili Yardıma yeni direktor təyin edildi - Foto
    Bu gün, 11:10 | Bakıda konserti olacaqdı - Həbs cəzası verildi
    Bu gün, 11:08 | Moskvaya son iki ilin ən böyük PUA hücumu: Ölən və yaralananlar var
    Bu gün, 11:02 | Nübar qəsəbəsində sakinlərin yol dərdi: "Taksi, təcili yardım da gəlmir" - Foto
    Bu gün, 10:57 | Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti vəfat etdi
    Bu gün, 10:40 | Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar
    Bu gün, 09:16 | Əflatun Məmmədov həbs edildi
    Bu gün, 09:09 | Putin hədələdi, lakin Qərb artıq buna fikir vermir - FT
    Bu gün, 09:03 | Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
    Bu gün, 08:54 | Bu xərcin 70%-ni dövlət ödəyəcək - Nə dəyişəcək?
    Bu gün, 08:47 | Türkiyədən Ukraynaya gözlənilməz hərbi dəstək: "Korkut" sistemləri göndərildi
    Bu gün, 08:43 | Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü
    Bu gün, 08:40 | UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı
    Bu gün, 08:28 | Türkiyə tarixində ilk: Ardanın qiyməti rekorda qalxdı
    Bu gün, 08:20 | Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü
    Bu gün, 08:05 | Vətəndaş "Xəzər Lizinq" MMC-dən şikayətçidir
    Bu gün, 07:54 | Bakının bu ərazilərində işıq olmayacaq
    Bu gün, 07:53 | Vətəndaş "Xəzər Lizinq" MMC-dən şikayətçidir - VİDEO
    Bu gün, 07:51 | Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?
    Bu gün, 00:50 | Fransa Belçikanı darmadağın etdi: Millətlər Liqasında günün nəticələri
    Dünən, 20:33 | Qazaxda icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib
    Dünən, 19:38 | Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı
    Dünən, 19:35 | Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı bağlı paylaşım edilib - VİDEO
    Dünən, 19:33 | Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?
    Dünən, 18:32 | Ağstafada 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - VİDEO
    Dünən, 17:59 | Ağamirzənin vəsiyyəti gündəm oldu: "Yasımda yemək verilməsin"
    Dünən, 17:57 | Bakıda məktəbdə qətl: şagird sinif yoldaşını öldürdü
    Dünən, 17:55 | İlham Əliyev bu çempionatın açılış mərasimini izlədi
    Dünən, 17:38 | Süni intellektin yeni istifadəçiləri kimlərdir?
    Dünən, 17:36 | Vurulan gəmi Mübariz Mənsimovundur... - VİDEO
    Dünən, 17:04 | Müğənni həbsxanaya göndərildi
    Dünən, 17:02 | Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
    Dünən, 16:58 | Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var
    Dünən, 16:26 | Novxanıdakı antisanitariya hökm sürən kanalda son vəziyyət - Foto
    Dünən, 16:13 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    Dünən, 16:05 | "Rusiya sərhədində güclü rəqib..." – III Dünya müharibəsi xəbərdarlığı
    Dünən, 15:59 | Pul niyə ayın sonuna çatmır? – Səbəb təkcə bahalıq deyilmiş...
    Dünən, 15:56 | 89 yaşlı Zeyneb Xanlarovanın yeni FOTOsu
    Dünən, 15:53 | Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?
    Dünən, 15:40 | Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
    Dünən, 15:37 | Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
    Dünən, 15:30 | Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq
    Dünən, 14:12 | Böyük futbol axşamı: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı
    Dünən, 10:25 | Badamdarda böyük tikinti cinayəti: Vüqar Zeynalov və Anar Quliyev necə sərəncam verib?
    Dünən, 09:31 | Ağstafada kafedə qardaşlar dava saldılar: Qan töküldü
    Dünən, 07:20 | Toyda baş verən mübahisə ölümlə nəticələndi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.