Rusiyaya qarşı sanksiyalar mexanizmi səmərəsizdir - Litva Prezidenti
Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səmərəsizdir. APA BNS-ə istinadən xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransında Litva Prezidenti Gitanas Nauseda deyib. "Etiraf etməliyik ki, bütün bu sanksiyalar paketləri Rusiya iqtisadiyyatına çox məhdud təsir edib", deyə o bildirib. Buna sübut kimi o, Rusiya Federasiyasının makroiqtisadi göstəricilərini göstərib. Sanksiya təzyiqinin gücsüzlüyünün səbəbləri arasında Nauseda Aİ-nin tətbiq etdiyi məhdudiyyətlərdən yan keçmək imkanlarını qeyd edib.
Oxunub: 384
Xəbəri paylaş
Paylaş: