Gürcü şirkəti qızıla görə BİZİ ZƏHƏRLƏYİR... - İctimai fəal həyəcan təbili çaldı...
"Gürcüstanda fəaliyyət göstərən RMG Holding-ə daxil olan RMG Copper və RMG Gold şirkətləri, Bolnisi rayonu ərazisində mədənlərdən qızıl çıxarmağı aktivləşdiriblər. Flizlərdən qızıl külcələrinin təmizlənməsində müxtəlif kimyəvi maddələrlə yanaşı, sianid geniş istifadə olunur. Yəni RMG Holding faktiki olaraq sianidlə Debed və Xram çaylarının, daha sonra isə Kur çayının Qazax rayonundan tutmuş ta Neftcala rayonuna qədər bütün su hövzəsini zəhərləyir". Mediaxeberleri.Az bildirir ki, bu barədə Gürcüstandan olan ictimai fəal Daşqın Gülməmmədov həyəcan təbili çalıb. "Hazırda Gurcüstanın Bolnisi və Marneuli, Azərbaycanın isə Qazax, Tovuz, Ağstafa və Səmkir rayonlarının su hövzələri, su quyuları sianidlə zəhərlənib. Gürcüstanın azərbaycanlılar yasayan bölgələrində xərçəng xəstəliyi yüksək sürətlə yayılmaqdadır. Bu o deməkdir ki, RMG Holding Gürcüstanın Bolnisi və Marneuli, Azərbaycanın Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonları ərazisində ekoliji genosid həyata kecirir. Bu isə burbaşa azərbaycanlı əhalinin genosidi deməkdir!
D.Gülməmmədov vəziyyəttin nə qədər ciddi olduğuna işarə edərək, gərəkən qurumların da müdaxiləsini zəruri hesab edib. O, açıqlamasında daha sonra qeyd edib:
Avropa və Qərb təskilatlarinın cəlb etməklə boyük bir araşdirmaya start verdik.
RMG Holdingin azərbaycanlı və gurcü əhalisinin genosidinə son qoyulmalidir. İnsanlar, torpaq, su, təbiət qızıla gorə sianidlə zəhərlənməməlidir!"