Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • Rusiya Kiyevə raketlərlə hücum etdi: ölü və yaralılar var
  • Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR: pul artıq qapınızın ağzındadır
  • Bakıda daha bir kütləvi dava - ANBAAN VİDEO
  • Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
  • İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
  • Trombdan qorunmaq üçün səhərlər bunu edin!
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Ya Hüseyn" adlı səhifə açaraq canlı yayıma çıxdı, bunu bilən əri isə... - TƏFƏRRÜAT

  • Tarix: 15-02-2024, 14:33

Abşeron rayonunda 1965-ci il təvəllüdlü Əfqan həyat yoldaşı Südabəni (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonunun Görədil kəndində baş verib.

Əfqan rəsmi nikahda olduğu, amma faktiki ayrı yaşadığı Südabənin son zamanlar mütəmadi "TikTok” sosial şəbəkəsinə daxil olması, özünün xarici görünüşünə xüsusi fikir verməsi, həyat tərzi və ümumi davranışları ilə fərqlənməsi onun başqa kişilərlə şəxsi və intim münasibət saxladığını ehtimal edib.

O bunu şəxsiyyətini aşağılayıcı hərəkətlər kimi qiymətləndirib və qısqanclıq zəminində Südabəni öldürmək qərarına gəlib.

Əfqan hadisə günü saat 19 radələrində Südabənin yaşadığı evdən çıxaraq dükana getdiyini görüb. Qadının arxası ilə irəliləyərək bıçaqla onun kürək və boyun nahiyəsinə zərbələr vurub. Südabə yerə yıxdıqdan sonra bıçaqla sifət nahiyəsinə də zərbələr endirib. Növbəti bıçaq zərbələri ilə Südabəni həyatdan məhrum etmək istəsə də, birgə nikahdan olan qızı Səidə oğlu Əli ilə hadisə yerinə çatıb, onun qarşısına kəsiblər.

Vaxtında xəstəxanaya çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində Südabənin həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

“Bu məni qısqandırıb”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, tutulana qədər Görədil kəndindəki evində tək yaşayıb, rəsmən heç bir yerdə işləməyib:

“1991-ci ilin yanvarından 2017-ci ilin axırına qədər Xəzər dəniz gəmiçiliyində sürücü işləmişəm. 2017-ci ildə işdən azad olunmuşam. Həmin vaxtdan 2018-ci ilə qədər müxtəlif iş yerlərində çalışsam da, 2018-dən işsizəm.

Ağdam rayon sakini Südabə ilə 1987-ci ildə ailə həyatı qurmuşam. Həmin nikahdan 2 övladım dünyaya gəlib. 1987-ci ildən 2018-ci ilə qədər bir evdə yaşamışam. Evliliyimizin ilkin və sonrakı dönəmlərində münasibətlərimiz normal olub, axır illər ailə-məişət zəminində münaqişələrimiz olub. Münaqişələr 2018-ci ildən etibarən bizi ayrı yaşamağa vadar edib.

Münaqişələrin əsas səbəbləri işdən azad olunmağımdan sonra Südabənin işləyərək dolanışığı təmin etməsi, özünü ailədə məndən üstün tutması, məni saymaması olub.

İşlədikdən sonra onun geyimində, davranışlarında dəyişikliklər yarandı, öz xarici görünüşünə daha çox fikir verdi. Özünü yaşına uyğun olmayan şəkildə aparır, daha qısa geyimlər geyir, evə bəzən gec gəlirdi. Bu da məni əsəbləşdirir və qısqandırırdı”.

“Söhbəti böyütmək istəmədim”

Təqsirləndirilən şəxs qeyd edib ki, beləcə, ailə-məişət zəminində çoxsaylı mübahisələr ediblər, 2018-ci ildə Südabə evdən çıxıb və qızı Səidənin evində qalmağa başlayıb: “Biz Görədil kəndində qonşu həyətlərdə yaşayırdıq. Bu səbəbdən Südabəni tez-tez görürdüm.

Südabə bundan sonra mənə məhəl qoymur, öz xarici görünüşü və hərəkətləri ilə mənə acıq verirdi. Hətta tanımadığım maşınlarla evə gəlirdi. Bu da məndə belə bir fikir yaratmışdı ki, onun hansısa kişi ilə şəxsi münasibəti var və ya əxlaqsız həyat tərzi keçirir.

Südabə “TikTok” sosial şəbəkəsində səhifə işlədir, canlı yayımlar da açırdı. Südabə ilə ayrı yaşasaq da, rəsmən hələ də nikahda olduğumdan bütün bunları özümə sığışdırmadım. Beləcə Südabəni öldürmək qərarına gəldim. Bir neçə dəfə bu fikir beynimdə dolaşdı, sonra imtina etdim.

Hadisədən təxminən 2-3 ay öncə qızım Səidənin yaşadığı evin həyət qapısını döydüm və Südabənin harada olmasını soruşdum. Bu hərəkətləri ilə bağlı onunla yekun söhbət aparmaq istəyirdim. Hətta söhbət əsnasında Südabəni öldürə də bilərdim.

Qızım həmin zaman Südabənin evdə olduğunu dedi. Mən isə evə girmək istəmədiyimi bildirdim, Südabəni çölə çağırdım. O, çölə çıxmadı. Səidənin böyük oğlu, yəni nəvəmi gördüm. Onlara ürəyim yandığı üçün bu söhbəti böyütmək istəmədim və oradan getdim”.

“Mən axı sənə nə etmişəm?”

Əfqanın sözlərinə görə, bütün günü evdə olub, axşam saat 19 radələrində siqareti olmadığı üçün dükana getmək istəyib: “Üzərimdə boz rəngli paslanmış bıçaq da vardı. Bıçağı adətən üzərimdə gəzdirirdim. Onu təxminən 5-10 il əvvəl tanımadığım şəxsdən təsərrüfatda işlətmək məqsədilə almışdım.

Görədil kəndində evimin qarşısında olan zaman Südabənin evdən çıxıb yol ilə harasa getdiyini gördüm. Həyət qapımdan bir neçə metr uzaqlaşarkən onun nalayiq hərəkətləri, özünü cəmiyyət içərisində normal aparmaması, bu hərəkətləri ilə məni daim qıcıqlandırması yadıma düşdü. Bıçaqla xəsarət yetirərək onu öldürmək istədim.

Sağ əlimdə bıçaqla Südabənin arxasıyca gedərək onun kürək və boyun nahiyəsindən, səhv etmirəmsə, 3 bıçaq xəsarəti yetirdim. Zərbələrin təsirindən o, yerə yıxıldı. Yerdə olarkən Südabə “mən axı sənə nə etmişəm?” dedi və qışqır-bağır salmağa başladı.

“Bundan artıq nə etməli idin ki?” deyərək ölməsi üçün onun bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi də endirmək istədim. Südabə yerdə uzanılı vəziyyətdəydi, mən onun üzərinə çıxdım. Bıçaq zərbəsinin gözünün altından tutduğunu və “xarç” səsi gəldiyini eşitdim”.


“Məqsədim öldürmək idi”

Əfqan bildirib ki, hadisə zamanı Südabənin sifət nahiyəsinə bir zərbə endirdiyi yadındadır: “Ola bilsin, daha çox xəsarət yetirmişəm.

Südabə növbəti zərbələrdən qorunmaq üçün əlini sifətinə tərəf tutdu. Qışqırıq səslərinə kənardan qızım və nəvəm qaça-qaça gəldilər. Onlar mənim qarşıma keçdilər. Növbəti zərbələri endirmək niyyətim olsa da, qızım və nəvəmi görərək bıçağı arxamda gizlətdim. Sonra isə bıçağı yerə atdım. Bu zərbələrdən Südabənin öləcəyini düşünərək evə getdim.

Hadisə zamanı ətrafında kimsə yox idi. Qızım və nəvəmin gözü önündə Südabəni bıçaqlamamışam. Südabəyə bir neçə bıçaq zərbəsi endirmişəm, yəni məqsədim onu öldürmək olub”.

“Guya fahişəliklə məşğul olurdum”

Zərərçəkmiş Südabənin sözlərinə görə, hadisə baş verən günə qədər Ayna Sultanova parkının yaxınlığında yerləşən kənd təsərrüfatı malları dükanında xadimə işləyib: “Həmçinin üç ildir "Tik Tok” sosial şəbəkəsində “Ya Hüseyn" adlı səhifə işlədir, canlı yayımlar açaraq gəlir əldə edirdim.

Görədil sakini Əfqanla 1987-ci ildə evlənmişəm. Həmin nikahdan iki övladımız dünyaya gəldi. Evliliyimizin ilk dövründə ailə-məişət zəminində xeyli mübahisələrimiz olurdu. Əfqan məni dəfələrlə döymüşdü. Lakin ailəmin dağılmaması xatirinə bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişəm.

Əfqan əvvəllər rəsmi olaraq işləsə də, qazancından ailəyə heç bir məbləğ vermirdi. İşdən çıxdıqdan sonra isə spirtli içkilərdən istifadə edir, tüfeyli həyat tərzi sürürdü. Belə olduqda məcbur qalıb işləməyə başlamışam. Ailənin dolanışığını özüm təmin etmişəm. Lakin qazandığım pulları Əfqan məndən alaraq özü üçün xərcləyirdi.

Sonralar Əfqan mənə evdə normal yaşamağa imkan vermədi. Mənim guya fahişəliklə məşğul olduğumu bildirirdi. Xarici görünüşümə və geyimimə fikir verdiyim üçün mənim başqa kişilərlə şəxsi və intim münasibət saxladığımı düşünürdü.

Vəziyyətin dözülməz hala gəldiyini görüb bir neçə il əvvəl birgə yaşadığımız evdən çıxdım. Qızım Səidənin evi çəpər qonşuluğunda yerləşdiyi üçün onunla qalmağa başladım. Bundan sonra Əfqanla əlaqəm kəsildi. Əfqan evində tək qalırdı. Yəni rəsmi olaraq boşanmasam da, faktiki ər-arvad kimi də yaşamamışam”.

"Dedi, səni öldürəcəm”

Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat təxminən 17 radələrində işdən icazə alaraq çıxıb:

“Təxminən saat yarım sonra evə çatdım. Qızım Səidə və nəvəm evdəydi. Həmin gün maaş da almışdım. Kənddə yaşayan Musa adlı şəxsin dükanına 150 manata yaxın borcum olduğundan borcu ödəmək istədim.

Təxminən yarım saat sonra, yəni axşam saat 19 radələrində evdən çıxdım. 20-30 metr getdikdən sonra Əfqanın evinin yanındakı dalandan ayrıldım. O, arxadan məni səsləyərək “bir dəqiqə dayan” dedi. Arxaya dönüb məndən nə istədiyini soruşdum. Bu zaman Əfqan "səni öldürəcəm” dedi və digər nalayiq ifadələr işlətdi, mənə tərəf gəlməyə başladı. Üzü dükana tərəf qaçmaq istədim.

Bu zaman Əfqan məni arxadan tutaraq boyun və kürək nahiyəmdən bıçaqla bir neçə zərbə vurdu. Zzərbələrin sayını bilmədim, yerə yıxıldım. Kürəyi üstə yerdə uzanılı şəkildə olarkən Əfqan bir əli ilə saçımdan tutdu, ayaqları ilə qarnımı sıxaraq üzərimdə oturdu”.

“Səsimə qızım və nəvəm gəldilər”

Zərərçəkmiş bildirib ki, qışqıraraq qızını, ətrafdakı insanları köməyə çağırmağa çalışıb: “Əfqan əllərimi ayaqlarının arasına alaraq sol əli ilə boğazımdan tutdu. Sağ əlindəki bıçaqla isə sifət nahiyəmə zərbələr endirməyə başladı. Bıçaq sol qaşımın üstünə dəydi və içəri girdi.

Növbəti zərbələri vurmağa çalışanda əlimlə sifət nahiyəmi tutdum. Əfqan macal taparaq mənim sol gözümün alt hissəsinə də güclü bıçaq zərbəsi endirdi.

Qışqırıq səsinə qızım və 10 yaşlı nəvəm evdən çıxaraq qaça-qaça gəldilər. Əfqan növbəti zərbələrini endirməyə çalışanda qızım onu itələdi, üstümdən yerə yıxdı.

Əfqan mənim öləcəyimi düşünərək üstümə gəlmədi. Oradan uzaqlaşdı. Bir anlıq huşumu itirdim. Qızım məni silkələyərək ayıltdı. Üzbəüz qonşunun həyətinə saldı və qapını bağladı. Vəziyyətimin ağır olduğunu görüb çölə çıxdı, yoldan keçən maşını saxlatdırdı və məni “Semaşko" xəstəxanasına apardı. Orada bir gecə müalicə aldım. Sonra evə buraxıldım. Müalicəmi evdə davam etdirdim”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqan 7 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.
 


Oxunub: 1 255
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 08:17 | Rusiya Kiyevə raketlərlə hücum etdi: ölü və yaralılar var
    Bu gün, 08:12 | Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR: pul artıq qapınızın ağzındadır
    Bu gün, 07:32 | Bakıda daha bir kütləvi dava - ANBAAN VİDEO
    Bu gün, 07:25 | Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
    Bu gün, 07:24 | İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
    Bu gün, 07:23 | Trombdan qorunmaq üçün səhərlər bunu edin!
    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.