Prezident iki məmuru işdən çıxardı
Argentina Prezidenti Xavyer Miley islahatlar paketini ehtiva edən qanun layihəsini qəbul etmək üçün uğursuz cəhddən sonra sosial təminat agentliyinin rəhbərini və dağ-mədən departamentinin başçısını işdən çıxarıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. “Prezident Xavyer Miley milli sosial təminat idarəsinin sədri Osvaldo Ciordano və dağ-mədən departamentinin rəhbəri Flavia Royondan istefa ərizələrini təqdim etmələrini istəyib”, – məlumatda deyilib. Hökumət onların yerini kimin tutacağını hələ açıqlamayıb. Mətndə qeyd olunub ki, “miras qalmış iqtisadi böhranı və tarixi anı nəzərə alaraq, dövləti modernləşdirməyə, sadələşdirməyə və debürokratikləşdirməyə sadiq olan məmurlar tələb olunur”. Mətbuat xidmətinin məlumatına görə, Miley administrasiyasının üzvləri həm də “argentinalıları insanların aclığı bahasına öz imtiyazlarını saxlamağa çalışanların davamlı hücumlarından qorumalıdır”. Sənəddə Ciordano və Royonun istefasının səbəbi birbaşa göstərilmir, lakin hər iki məmur hakim “Azadlıq gəlir” alyansının vətənə xəyanətdə ittiham olunan qubernatorlarla əlaqəlidir.