Tarixi QƏLƏBƏ: Ağdam-Xankəndi yolu işə düşdü - FOTO
Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib. “Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, artıq Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) göndərdiyi yardım Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılması üçün Xankəndiyə yola salınıb. Bu, isə Azərbaycanın növbəti qələbəsidir. Çünki Qarabağa qida və digər zəruri mallar məhz bölgənin tamhüquqlu və suveren sahibi - Azərbaycanın ərazisindən keçməklə göndəriləcək. Münaqişədən əvvəl də Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayıb. Münaqişə dövründə dəmir yolu xətti sıradan çıxsa da, hazırda avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Ona görə də, ermənilərin hər hansı bəhanəsinə yer yoxdur. Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını daimi olaraq öz üzərinə götürməyə hazır olduğunu bəyan edib. Buna görə də Ağdam-Xankəndi yolu ilə humanitar missiyanın reallaşdırılması Qarabağ ermənilərinin cəmiyyətimizə reinteqrasiya prosesinin sürətləndirilməsinə kömək edəcək. Ancaq Ağdam marşrutunun açılışı rəsmi Bakının Qarabağdakı Ermənistan tərəfindən dəstəklənən və maliyyələşdirilən bütün erməni silahlı dəstələrinin çıxarılması barədə tələblərini də ləğv etmir. Bu bölgə Azərbaycanın ərazisidir və oradakı bütün fəaliyyətlər yalnız və yalnız ölkə Konstitusiyası, dövlətimizin qanunları çərçivəsində həyata keçirilməlidir.Bizimlə əlaqə saxlayın