Maştağa sakini: “Yollarımız bərbad gündədir, arvad-uşaq keçə bilmir” - VİDEO
Sabunçu rayonu, Maştağa qəsəbəsinin Baloğlan Bağırov küçəsi keçilməz vəziyyətdədir. Belə ki, yağış suları sözügedən küçədə gölməçə yaradıb. Sakinlər bildiriblər ki, bu mənzərə günlərlə, bəzən həftələrlə davam edir: “Yollarımız bərbad gündədir, arvad-uşaq keçə bilmir. Dizəcən su içindəyik. Şəhid bulağından heç kim gəlib su götürə bilmir. Dəfələrlə kənd bələdiyyəsinə, icra nümayəndəliyinə müraciət etmişik. “Hə” deyirlər, amma problemi həll etmirlər”. Ətraflı Baku TV-nin süjetində:
Oxunub: 454
Xəbəri paylaş
Paylaş: