“WhatsApp+” istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ! - SOS
Hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır. Pulu oğurlananlar and-aman edib bankları günahlandırsa da, əslində “WhatsApp+”da olan "arxa qapı" sayəsində bank tətbiqlərinə giriş əldə edilir. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə İT mütəxəssisi Fərid Pərdəşünas deyib. O, bildirib ki, Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir. "Səbəb də sadədir. Başqalarının gizliliyinə burnumuzu soxmağı sevirik. Dünya lideri Azərbaycan. Utancverici görüntü. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur. “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir. Vaxtında dövlət qurumları, şəxsən mən bar-bağırırdım ki, zibil saxta tətbiqi yükləməyin. İndi zərərçəkənlər dünyadan xəbərsiz kimi bankları günahlandırır", - ekspert qeyd edib.