Ermənistanı xəritədən siləcəklər - Rusiyadan xəbərdarlıq
“Ermənistan açıq-aşkar Rusiya ilə münasibətləri gərginləşdirir. Təəssüf ki, bundan yaxşı heç nə gəlməyəcək”. Mediaxeberleri.Az xəbər verir ki, bunu bazar günü “Rossiya-1” telekanalında tanınmış televiziya şərhçisi Dmitri Kiselyov deyib. “Deyəsən, Paşinyan inciyib, amma özü də bu yaxınlarda Azərbaycanın ərazi bütövlüyünü 1991-ci il sərhədləri ilə tanıyıb. Bu da Dağlıq Qarabağın Azərbaycan ərazisi olması deməkdir. Bundan əvvəl o, Şuşaya getmiş nümayişkaranə rəqs etmişdi və bu, Azərbaycanın qəzəbinə səbəb olmuş, ərazi məsələsinin güc yolu ilə həlli üçün təxribata çevrilmişdi. Və sonra Putin mühasirədə olan 30 minlik erməni ordusunu xilas etməli idi, əks halda böyük qan töküləcəkdi. Bunu hamının xatırlaması yaxşı olardı. Bu, dövlətlərarası münasibətlərə də aiddir. Bu yolda Ermənistanın qələbəsi yoxdur. Ötən gün Paşinyan Blinkenlə telefonla danışıb. Amma amerikalılar Ermənistanı ayaqlarına siləcəklər. Onu xəritədən siləcəklər”, - Kiselyov bildirib.