Ailəsindən gizli döyüşən qazi: “Məni saatlarla sürüyüb çıxardılar” - VİDEO
Baku TV-də yayımlana “44 gün” verilişinin yeni buraxılışı efirə gedib. Budəfəki buraxılışda Vətən müharibəsi qazisi Elvin Orucov öz döyüş yolundan bəhs edib. Yaralanmasından danışan qazi qeyd edib ki, ayağından güllə yarası alıb: “Yoldaşlarım mənə döyüş meydanında ilkin tibbi yardım göstərdilər. Oradan məni saatlarla sürüyərək çıxardılar”. Onun sözlərinə görə, müharibədə iştirak etməsindən ailəsinin xəbəri olmayıb: “Valideynlərim heç vaxt Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyimi bilməyiblər. Yaralananda Müdafiə Naziliyindən ailəmə sağ olduğum barədə məlumat verməli olduğum deyildi. Əməliyyata girəndə zəng etdim ki, hospitaldayam, təlimdə yıxılmışam”.
Oxunub: 189
Xəbəri paylaş
Paylaş: