Su polisindən Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı XƏBƏRDARLIQ - FOTO
Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Mingəçevir su anbarında keçirdikləri növbəti yoxlamalar zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan R.Məmmədovu müəyyənləşdirərək saxlayıb. Onun ovladığı balıqlar və istifadə etdiyi digər avadanlıqlar maddi sübut kimi götürülüb.
Oxunub: 288
Xəbəri paylaş
Paylaş: