Avtobusu idarə edərkən “TikTok”da canlı yayım açan sürücü işdən azad edildi - YENİLƏNİB + VİDEO
Avtobusu idarə edən zaman “TikTok”da canlı yayım açan sürücü işdən azad edilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman “TikTok” platformasında canlı yayım açmasına dair görüntülər yayılıb. Məsələ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırılıb. Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib. 16:02 Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını riskə ataraq sosial şəbəkədə canlı yayıma çıxıb. Mediaxeberleri.Az-ın məlumatına görə, sözügedən görüntülər sosial şəbəkələrdə gündəm olub. Videoda sərnişin dolu avtobusun sürücüsünün yolda olarkən “TikTok”da canlı yayım açaraq insanların həyatını riskə atdığı anlar əks olunub. Həmin görüntüləri təqdim edirik: