Xalq artistinin onlarla görüntüləri OLAY OLDU - VİDEO
Xalq artisti Brillinat Dadaşova ilə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin yeganə övladları Cahad Hacıyevlə bayramlaşması gündəm olub. Mediaxeberleri.AZ xəbər verir ki, sözügedən görüntüləri məşhur cütlüyün oğlu instaqramda "Ailədə tək uşaq olanda" sözləri ilə paylaşıb. Xalq artisti ilə teatr direktoru oğullarının yanaqlarından öpərək onu növbə ilə təbrik ediblər. Videoda Brilliant Dadaşovanın oğluna "Olar ayağımın altına stul qoyum səni öpəndə" deməsi xüsusilə diqqət çəkib. "Ailədə yeganə uşaq olmağın imtiyazları. Onlar məni sevməyə məcburdular, onlarım başqa seçimləri yoxdur, mənim sevgi monopoliyam var", - Cahad Hacıyev videoda bildirib. Sənətçinin ailəsi ilə isti və səmimi görüntüləri maraqla qarşılanıb.