Bakı aeroportunda qalmaqal: təyyarə 5 saat gecikir
“Peqasus” aviaşirkətinin Bakı-İzmir reysi 5 saata yaxın gecikir. Bu barədə Mediaxeberleri.AZ-a sərnişinlər məlumat verib. Bildirilib ki, bu gün saat 03:15-də Bakıdan qalxmalı olan təyyarə İzmirin Adnan Menderes hava limanındakı duman səbəbindən 7:50-yə ertələnib. Aviaşirkət reysin gecikməsi ilə bağlı əvvəlcədən heç bir xəbərdarlıq mesajı göndərmədiyindən, sərnişinlər aeroportda gözləməyə məcbur edilib. Bu isə onların ciddi narazılığına səbəb olub. Sərnişinlərə geri qayıdıb, yenidən gəlməyə də izn verilmir. Qeyd edək ki, "Peqasus" aviaşirkəti vaxtaşırı olaraq bu cür gecikmələrlə sərnişinlərində narazılıq yaradır.
Oxunub: 659
Xəbəri paylaş
Paylaş: