Estoniya orduya bu qədər pul ayıracaq
Estoniya Müdafiə Qüvvələrinin komandanı, general general Martin Herem ölkəsinin ümumi daxili məhsulunun (ÜDM) 3%-ni milli müdafiəyə sərf etmək niyyətində olduğunu bildirib. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə "Louna-Eesti Postimees" qəzeti məlumat yayıb. Onun sözlərinə görə, müdafiə büdcəsi 1,3 milyard avro təşkil edəcək: "Bu məbləğin yarısı növbəti 4 il ərzində silah və sursatların alınmasına sərf olunacaq. 240 kilometrə qədər məsafədə fəaliyyət göstərmək üçün kifayət qədər imkanlarımız var. Bu bizi ölkəmizə hücum etmək istəyənlər üçün daha təhlükəli edir", - o bildirib.
Oxunub: 373
Xəbəri paylaş
Paylaş: