Şəkidə “Regionlarda oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi seminar keçirildi - FOTO
9 sentyabr 2023-cü il tarixində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Şəki filialında “Regionlarda oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi seminar keçirildi. “Yeni Gundem” xəbər verir ki, seminar akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımovun rəhbərliyi ilə keçirildi. Seminar regionda oftalmologiyanın inkişafına dəstək ola biləcək qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması məqsədini daşıyırdı. Seminarda dr. Quliyev Faiq “Akademik Z.Əliyeva adına MOM Şəki filialının regionda rolu, gecikdirilmiş kataraktalar və baş verə biləcək fəsadlar”, dr. İbrahimova Sona “Qapalı bucaqlı qlaukoma haqqında nə bilməliyik? Əsas məqamlar”, dr. Həmidov Elsevər “Şəki filialında vitreoretinal xəstəliklərin müalicəsi”, t.ü.f.d. Balayeva Ruhəngiz “Göz qapaqlarının bədxassəli törəmələri”, t.ü.f.d. Mirişova Mirana “Kataraktanın ekstraksiyası əməliyyatından sonrakı qalıq refraksiyanın Eksimer lazerlə korreksiyası”, dr. Bayramova Humay “Göz travmalarına düzgün yanaşma taktikası”, dr. Rəcəbli Rövşən “Buynuz qişa xəstəlikləri və keratoplastika”, dr. Məmmədova Lalə “Şəki şəhərində çəpgözlük diaqnozu ilə aparılan müayinə və müalicələrin nəticəsi” kimi mövzular müzakirə edildi. Seminarda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktor müavini dr.Ceyhun Nəzərli, Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri Yazgül Abdiyeva və region həkimləri iştirak etdi.
Çıxışlar zamanı oftalmoloqlar öz bilik və praktik bacarıqlarını bölüşdülər, həmçinin təkliflər səsləndirildi.