Külək qatarların hərəkətində problem yaratdı - Qrafik dəyişdi
Güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr qatarların hərəkət qrafikindən çıxmasına səbəb olub. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. "Eyni zamanda, güclü küləyin əsməsi ilə əlaqədar sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması baxımından bəzi sahələrdə qatarların sürət həddinin endirilməsi ilə bağlı maşinistlərə təlimat verilib", - qurum vurğulayıb.
Məlumata görə, bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə, əsasən Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarların qrafikində qismən kənaraçıxma halları qeydə alınmaqdadır.
Oxunub: 609
Xəbəri paylaş
Paylaş: