Rus gəmisi vuruldu: Boğazlar bağlıdır, Xəzərdən gələcək?
Qara və Azov dənizlərində hazırda Rusiyanın hazırda 80-ə yaxın gəmisi var. Mediaxeberleri.AZ xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk Krımda Rusiyanın desant gəmisinin vurulması barədə danışarkən deyib. "Onlardan 10-u qanadlı raket daşıyıcısıdır. Ancaq bu daşıyıcıları Sevastopolda yerləşdirmək lazımdır, orada isə problem yarana bilər", - o söyləyib. Pletençuk vurğulayıb ki, ruslar üçün Rusiya Qara dəniz Donanmasının eskadrilyasını doldurmaq çətindir. Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi xatırladıb ki, Montrö Konvensiyasına görə İstanbul boğazı bağlıdır. "Xəzər dənizindən gəmilərin daxili sularla daşınması çox çətindir. İşğalçılar artıq buna cəhd ediblər, lakin orada mürəkkəb geosiyasi mənzərə var. Hələ də Volqa və Baltikyanı ərazilərdən keçmək variantları var. Lakin o istiqamətdə bütün gəmiləri oradan köçürmək olmaz”, - Pletençuk bildirib. Qeyd edək ki, dekabrın 26-da Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krım yarımadasının Feodosiya şəhərinin limanında “Novoçerkassk” desant gəmisini məhv edib. Bundan sonra Rusiyanın iki hərbi gəmisi Krımı tərk edib.