Vaşinqtonun dəhşətli Ukrayna planı: Zelenskinin ABŞ-a səfərinin sirri açıldı
Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq analitiki Ray Makqovern Amerika Birləşmiş Ştatlarının çarəsizlikdən təxribat törətməyə qərar verə biləcəyini söylədi. Mediaxeberleri.AZ xəbər verir ki, Ray bu barədə “Dialogue Works” YouTube kanalı ilə söhbətində bildirib. O aydınlaşdırıb ki, ABŞ nümayəndələri nüvə silahının Kiyev rejiminə verilməsinə haqq qazandırmaq üçün belə hərəkətlər edə bilər. “Bir növ saxta bayraq əməliyyatı ola bilər. Yaxud Amerika xalqının gözündə Kiyev üçün kiçik nüvə bombasına bəraət qazandırmaq üçün istifadə olunacaq başqa bir mənfur şey”, - Makqovern qeyd edib. Analitik əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski bir neçə həftə əvvəl məhz belə avantüra naminə ABŞ-a səfər edib.
Oxunub: 342
Xəbəri paylaş
Paylaş: