Rus qoşunları hücuma keçdi: müdafiəni yarır
Rusiya ordusu aviasiyanın dəstəyi ilə Liman istiqamətində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa çalışır. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə "Rusvesna" məlumat yayıb. Bildirilir ki, hücum əməliyyatları Serebryanoye meşə təsərrüfatı, Beloqorovka və Veseli ərazilərində aparılır. "Kütləvi artilleriya zərbəsindən sonra zirehli dəstələr Ternov və digər istiqamətlərdə Ukrayna hərbçilərinin mövqelərinə basqın ediblər. Döyüşlər zamanı bir sıra dayaq məntəqələri ələ keçirilib, onlarla Ukrayna hərbçisi öldürülüb, bəziləri əsir götürülüb”, – deyə bildirilir.
Oxunub: 506
Xəbəri paylaş
Paylaş: