Cənubi Koreya kəşfiyyatı fövqəladə rejimə keçir
Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti Şimali Koreyanın (KXDR) mümkün təxribatları səbəbindən fövqəladə vəziyyət rejiminə keçib. Müvafiq qərar xidmət rəhbərliyinin iclasında qəbul edilib. “Şimali Koreya yalan məlumat yaymaqla ictimai rəyi parçalamağa cəhd edə bilər”, - qurumdan bildirilib. Həmçinin irimiqyaslı kiberhücumlar və dron hücumları kimi aşağı intensivlikli təxribatların mümkünlüyü də istina edilmir. Qeyd olunur ki, agentlik KXDR-də gecə-gündüz müşahidə aparacaq və əsas təhlükəsizlik obyektlərində yoxlamalar keçirəcək. Xatırladaq ki, dekabrın 21-də Şimali Koreya hakimiyyəti ölkəyə qarşı nüvə silahından istifadə ilə bağlı istənilən təxribata nüvə zərbəsi ilə cavab verəcəklərini vəd edib.
Oxunub: 325
Xəbəri paylaş
Paylaş: