Rusiya-Gürcüstan avtomagistralı BAĞLANDI
Güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistralı bütün avtomobillər üçün bağlanıb. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb. Bildirilib ki, Mtsxeta-Stepantsminda–Lars magistralının Kobi-Qudauri hissəsində nəqliyyatın hərəkəti tamamilə qadağan edilib.
Oxunub: 405
Xəbəri paylaş
Paylaş: