Göz həkimi xəstəsinin gözünü tökdü: YUMRUQLA - VİDEO
Çində həkimin göz əməliyyatı zamanı 82 yaşlı xəstəni yumruqladığı ortaya çıxıb. Hadisənin görüntüləri yayımlandıqdan sonra araşdırma başlanarkən, xəstənin bir gözünü itirdiyi müəyyən edilib. Mediaxeberleri.Az xəbər verir ki, əməliyyat otağının təhlükəsizlik kamerasına düşən görüntülərdə həkimin 82 yaşlı qadın xəstənin üzünə 3 yumruqla vurduğu, həkimin onu vurmasından sonra xəstənin yerindən tərpəndiyi zaman tibb bacısının müdaxilə etdiyi görülüb. "Fərqli dildə danışdığı üçün edib" Xəstəxananın üst təşkilatı olan "AIER" Göz Xəstəxanası Qrupu, hadisənin baş verdiyi anda mərkəzə məlumat verilmədiyini, lakin görüntülər ortaya çıxdıqdan sonra həkimin vəzifəsindən uzaqlaşdırıldığını və xəstəxana müdirinin işdən çıxarıldığını açıqlayıb. Açıqlamada lokal anesteziya ilə əməliyyat olunarkən dəfələrlə başını və gözlərini tərpədən xəstəyə həkimin başqa dildə danışdığını əsas gətirərək “kobud güc”lə müdaxilə etdiyi bildirilib. Qadın bir gözünü itirdi Xəstəxana rəhbərliyinin əməliyyatdan sonra üzr istədiyini və 500 yuan (təxminən 118 manat 90 qəpik) təzminat ödədiyini bildirən qadının oğlu yerli mətbuata açıqlamasında anasının sol gözünün kor olduğunu, lakin bunun səbəbinin naməlum olduğunu deyib. Görüntülər dərc edildikdən sonra səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb.Publika.az Nəzrin