Açıq-saçıq geyimlərdə poza verən 48 yaşlı aktrisa gənc görünüşü ilə heyran qoydu - FOTO
Amerikalı aktrisa Eva Lonqoriya “Harper's Bazaar” jurnalı üçün açıq-saçıq geyimdə pozalar verib. Mediaxeberleri.Az-ın məlumatına görə, bu barədə o, özünün “Instagram” hesabında paylaşım edib. 48 yaşlı ulduz jurnalın üz qabığına bədənini cazibədar şəkildə nümayiş etdirən uzun yarıqlı libasda çəkilib. Digər kadrlarda televiziya ulduzu asimmetrik kəsikli kombinezonda, həmçinin şəffaf uzunqol paltarda əks olunub. Fotosessiyanın stilistinin Dieqo Serna, vizajistinin isə Elan Boncorno olduğu vurğulanıb. Yaşına baxmayaraq aktrisanın gənc və cazibədar görünüşü ulduzun pərəstişkarlarını heyran qoyub. Onlar paylaşımın altından minlərlə şərh yazıblar.
Oxunub: 323
Xəbəri paylaş
Paylaş: