Bu tarixdə Qarabağdakı vəziyyəti qiymətləndirmək üçün dinləmələr keçiriləcək
Sentyabrın 14-də Bakı vaxtı ilə saat 18:00-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyəti qiymətləndirmək üçün dinləmələr keçiriləcək. Dinləmələrdə Ağ Evin bu mənsubları da iştirak edəcəklər: Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim; ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono. Dinləmələrin təşəbbüskarı olan Robert Menendez son dərəcə anti-Azərbaycan və anti-Türkiyə mövqeyi ilə seçilən ABŞ Demokrat Partiyasından olan senatordur. O, Konqresdə ən yaşlı və strateji əhəmiyyət kəsb edən Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik edir.
Oxunub: 183
Xəbəri paylaş
Paylaş: