Bakıda gənc qızı avtomobil vurub
Bakının Nərimanov rayonunda gənc piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, 1997-ci il təvəllüdlü Arzu Rüfət qızı İbrahimovanı vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 296
Xəbəri paylaş
Paylaş: