Şərur sakini ACINACAQLI DURUMDA - "... mənə kömək edin"
Naxçıvan Muxtar Respublikası (MR), Şərur rayonu, Tumsalı kənd sakini Hüseynov Azad Əzim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, hərbi hissədə işləyən vaxt epilepsiya xəstəliyinə tutulub və bu səbəbdən də içsiz qalıb:
"Mən, Hüseynov Azad Əzim oğlu, N saylı hərbi hissədə xidmətdə olduğum zaman epilepsiya xəstəliyinə tutulmuşam. Məni bu xəstəliyə görə işimdən azad ediblər.
Mən xahiş edirəm, bu müraciətimi lazımi orqanlar cavabsız qoymasın. Həmin vaxtdan bu günə kimi mənə heç bir kömək olunmayıb. Məni işdən azad ediblər, pensiya vermirlər. Bəs, mən nə ilə dolanmalıyam, iynə-dərmanımı nə ilə almalıyam? Kompensasiya da vermədilər.
Dərmanlarımı Türkiyədən almaq məcburiyyətindəyəm. Bahalıdır, gücüm çatmır, heç olmasa dərmanlarımı versinlər.
Xahiş edirəm, mənə kömək edin”.