Son dəqiqə! Azərbaycanda kredit borcu olanlara şad xəbər! "Gələn il bu şəxslərin kreditləri silinəcək"
2024-cü ilin dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli üçün 1.7 milyon manat kompensasiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Mediaxeberleri.Az xəbər verir ki, bununla bağlı yaranan suallara iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov aydınlıq gətirib. O bildirib ki, bu ilin sentyabrında Qarabağda aparılan antiterror əməliyyatlarında şəhid ailəsi statusu almış ailələrin kredit borcunun silinməsi də qanunvericilikdə öz əksini tapıb: “Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirlərə aid edilmir. Müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir. Bu baxımdan, qeyd olunan prioritet qruplar üçün kredit borcunun silinməsi növbəti ildə də nəzərə alınacaq. Bu isə həmin ailələrin sosial təminatının gücləndirilməsi məqsədi daşıyır”.