Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək
Bağça müəllimlərinin sertifikatlaşdırılması ilk dəfə olduğuna görə diaqnostika apara bilərik. Mediiaxeberleri.Az xəbər verir ki, bunu yeni tədris ili ilə bağlı media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib. "Biz ilk mərhələdə onlara əsaslı təlim edəcəyik. Növbəti ildə bunların imtahanı ilə əlaqədar normalar müəyyənləşdiriləcək. Müəllimlərin bilikləri real şəkildə qiymətləndiriləcək. Heç cür işləmək mümkün olmayan şəxslərin əmək müqaviləsinə xitam veriləcək. Yeganə istədiyimiz budur ki, müəllimlər elə olsun ki, uşaqlar səhər getdiyi ilə müqayisədə daha çox şey öyrənsin. Başqa bir şey istəmirik".
Oxunub: 197
Xəbəri paylaş
Paylaş: