Türkiyədəki inflyasiya Azərbaycana təsir edəcək? - VİDEO
Türkiyədə ilin birinci yarısında azalan inflyasiya yenidən artmaqdadır. Belə ki, yanvarda illik inflyasiya 58 faizə yaxın olsa da, iyunda bu göstərici 38 faiz səviyyəsinə enmişdi. İyul ayında isə yenidən 48 faizə yaxınlaşan inflyasiya avqustda 59 faizə çatıb. Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana gətirilən məhsulların 14 faizi Türkiyənin payına düşüb. Bu baxımdan yüksək inflyasiyanın Azərbaycanda qiymətlərə necə təsir edəcəyi böyük maraq doğurur. İqtisadçı Eldəniz Əmirov deyir ki, milli valyutanın dəyər itirməsi və inflyasiya arasında sıx əlaqələr olduğundan Türkiyədə lirənin ucuzlaşması Türkiyədə, Azərbaycanda manatın ucuzlaşması isə Azərbaycanda olan inflyasiyaya birbaşa təsir göstərir: “Sadəcə olaraq Azərbaycanda manatın məzənnə stabilliyinin inzibati qaydada qorunması bilavasitə makroiqtisadi sabitliyin qorunmasına xidmət edir. Ona görə də Türkiyədə olan inflyasiya səviyyəsinin Azərbaycanda olan inflyasiyaya birbaşa təsirləri çox aşağı səviyyədədir”. Qeyd edək ki, Azərbaycanda 2023-cü ilin yanvar-iyul aylarında orta illik inflyasiya 12,2 faiz olsa da, ilin sonunda bu göstəricinin 10,4 faizə enəcəyi proqnozlaşdırılıb. Ətraflı Baku TV-nin süjetində:Bizimlə əlaqə saxlayın