Husilər Bab əl-Məndəb boğazına nəzarəti gücləndirir
Yəməndə İranın dəstəklədiyi husilər strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarəti gücləndirməyə yaxınlaşıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Röyters” Yəmən hökumətinin hərbi mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, husilər Qırmızı dəniz sahili boyunca Moha və Dübab kimi şəhərlərə doğru irəliləyir və Yəmənin Qırmızı dəniz sahilinin böyük hissəsinə nəzarəti ələ keçirməyə çalışırlar. Bu ərazilərin tutulması husilərə dünya ticarəti üçün mühüm marşrutlardan biri olan Bab əl-Məndəb boğazı üzərində ciddi üstünlük qazandıra bilər. Husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələri arasında döyüşlərin yenidən genişmiqyaslı müharibəyə çevrilə biləcəyi bildirilir.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















