UEFA Çempionlar Liqası: "Qalatasaray"dan uğursuz start, "Liverpul"dan çətin qələbə - VİDEO
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun daha dörd matçı keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, turun maraqla gözlənilən qarşılaşması "Sportinq" və "Qalatasaray" komandaları arasında baş tutub. Görüşün 5-ci dəqiqəsində Qonsalu İnasiu topu öz qapısından keçirərək İstanbul nəhəngini hesabda önə çıxarıb. Lakin portuqallar ardıcıl üç dəfə "Qalatasaray"ın qapısına yol taparaq meydandan qalib ayrılıblar - 3:1. Qalibiyyət qollarını Ceni Katamo (27), Luis Suares (57-ci dəqiqədə penaltidən) və Rodriqo Salasar vurublar. Daha bir maraqlı matçda "Liverpul evdə "Atletiko Madrid"i qəbul edib. Görüş ingilislərin qələbəsi ilə yekunlaşıb - 2:1. "Liverpul"dan Dominik Soboslai (40) və Aleksis Mak Allister (50) fərqləniblər. İspanların yeganə qolunun müəllifi isə Markos Lyorente (77) olub. Digər matçlarda aşağıdakı nəticələr qeydə alınıb: "Barselona - "Feyenoord" - 5:1; "Ştutqart" - "Vikinq" - 3:1; "Napoli" - "Arsenal" - 0:1; PSJ - "Slovan Bratislava" - 6:1.





















