Azərbaycan çempionu həbs olundu
Azərbaycanlı sabiq boksçu Tural Əhmədov həbs olunub. Mediaxeberleri.Az Xitab24.az-a istinadla xəbər verir ki, 32 yaşlı idmançıya Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) ilə ittiham verilib. O, bir müddət əvvəl DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq araşdırması davam edir. Qeyd edək ki, Tural Əhmədov boksçu karyerasını başa vurduqdan sonra özünü hakim kimi də sınayıb. O, Azərbaycan çempionu olmaqla yanaşı, bir sıra yarışlarda da ölkəmizi təmsil edib.
Oxunub: 23
Xəbəri paylaş
Paylaş:





















