Millimiz Qırğızıstana uduzdu
Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisi yoldaşlıq oyununda Qırğızıstan yığması ilə qarşılaşıb. Mediaxeberleri.Az xəbər verir ki, Bişkek şəhərində baş tutan matç rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində yeganə qolu Xədicə Rəhimova vurub. Qeyd edək ki, hazırda Qırğızıstanda təlim-məşq toplanışında olan U-17 avqustun 30-da bu ölkənin yığmasına 0:3 hesabı ilə məğlub olub.
Oxunub: 24
Xəbəri paylaş
Paylaş:





















